UEFA Avropa Liqasında II tura start verilir
UEFA Avropa Liqasının liqa mərhələsinin II turunda bu gün 18 oyun keçiriləcək.Bakı vaxtı ilə saat 20:45-də “Milan” səfərdə “Zaltsburq”, “Lion” “Kristal Pelas”, “Yunion” isə “Real Sosyedad”la qarşılaşacaq.
Saat 23:00-da isə “Yuventus” İspaniyada “Selta”nın, Türkiyənin “Beşiktaş” klubu Almaniyada “Hoffenhaym”ın qonağı olacaq. “Benfika” – “Seltik” və “Marsel” – “Olimpiakos” görüşləri də bu saatda başlayacaq.
15 oktyabr 2026

