Canlı
UEFA Avropa Liqasında 1/8 final mərhələsi bu axşam start götürəcək

2018-03-08 / 10:51

Bu axşam UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək. 8 qarşılaşmanın baş tutacağı bu mərhələnin ən diqqətçəkən oyununda İtaliya və İngiltərə nəhəngləri “Milan” və “Arsenal” üz-üzə gələcək. Günün digər görüşlərində “Atletiko” “Lokomotiv” Moskvayla, “Borussiya” Dortmund “Salzburq”la, “Latsio” – “Dinamo” Kiyevlə, Moskva Moiki “Lyon”la, “Marsel” “Atletik” Bilbaoyla, “Leypsiq” “Zenit”lə, “Sportinq” “Viktoria Pilzen”lə qarşılaşacaq.

Vəfa Şairova