UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür.İlk oyun günündə 9 qarşılaşma keçiriləcək. Günün mərkəzi matçında saat 23:00-da İtaliyanın “Milan” klubu Portuqaliyanın “Benfika”sını qəbul edəcək.İlk turda saat 20:45-də “Ararat-Armeniya” – “Sparta”, “Omoniya” – “Selta”, saat 23:00-da “Bayer” – “Selye”, “Anderlext” – “Lion”, “Sanderlend” – “AZ Alkmaar”, “Şturm” – “Renn”, “Olimpiakos” – “Yagelloniya” və “Hapoel” – “Dinamo” qarşılaşmaları keçiriləcək.Turun digər oyunları sentyabrın 17-də baş tutacaq.
16 sentyabr 2026

