UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilib
2021-02-19 10:08
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilib. 16 qarşılaşmadan 9-u artıq başa çatıb. Kiyevdə "Dinamo" ilə Belçikanın "Brügge" komandası qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Mançester Yunayted" pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçında "Real Sosyedad"ı 4 cavabsız qolla məğlub edib. "Tottenhem" isə Macarıstanın paytaxtı Budapeştdə Avstriyanın "Volfsberq" klubunun qapısından eyni sayda top keçirib. "Milan" Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2. İsveçrədə Almaniyanın "Bayer" klubunu qəbul edən "Yanq Boyz" 4:3 hesablı qələbə qazanıb.
Nərgiz camal