UEFA Avropa Liqası: "Qarabağ" beşinci pillədə qərarlaşıb
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb. "10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu sıradadır.
Lalə Nəsib