UEFA Avropa Liqası “Qarabağ”ın uğurları ilə bağlı paylaşım edib
UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı paylaşım edib. Paylaşımda “Qarabağ”ın öz meydanında keçirdiyi son 26 oyunda uğurlu çıxışı vurğulanıb. “Qarabağ” öz meydanında UEFA-nın bayrağı altında keçirdiyi son 26 oyununun yalnız 2-də məğlub olub”, - paylaşımda qeyd edilib. “Qarabağ” fevralın 22-də Bakıda pley-off mərhələsinin cavab matçında Portuqaliya təmsilçisi "Braqa"nı qəbul edəcək.
Azad Mustafayev