UEFA 2021-ci ilin yayında böyük bir turnir keçirməyi planlaşdırır
2020-03-05 16:06
UEFA 2021-ci ilin yayında böyük bir turnir keçirməyi planlaşdırır. Qurum 2013-cü ildən bəri “Relevend Sport” şirkətinin təşkilatçılığı ilə oynanan Beynəlxalq Çempionlar Kubokunun formatını dəyişir. Yarış qrup mərhələsi və pley-offlardan ibarət olacaq. Turnirin yeni adı isə Yay Çempionlar Liqası adlanacaq. Turnirdə Cənubi Amerikanın böyük klublarının iştirak edəcəyi də gözlənilir.
Vüsalə Camal