UEFA 10 illik nəticələrinə görə "Qarabağ"a əlavə pul ödəyib
2020-11-02 17:09
UEFA-dan Azərbaycan çempionu “Qarabağ”a növbəti vəsait daxil olub. Ağdam təmsilçisi Avropa Liqası turnirinin qrup mərhələsində iştirak üçün 2 milyon 750 min avro qazanıb. Klubun son 10 il ərzində göstərdiyi nəticələrə - UEFA-nın əmsallar reytinqinə əsasən "Qarabağ"a əlavə olaraq 1 milyon 214 min 310 avro ödənilib.
Nərgiz Camal