UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq. A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək. Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bavariya”nın qonağı olacaq. “Mançester Siti” və “Leyptsiq”dən sonra daha 5 komanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bunlar “Bavariya”, “Arsenal”, “Real”, “Real Sosyedad” və “İnter”dir.
Lalə Nəsib