UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub

2019-11-07 10:06

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub. İkinci oyun günündə A, B, C və D qruplarında görüşlər baş tutub. A qrupunda yer alan Pari Sen Jermen evdə "Brügge"ni 1:0 məğlub edərək 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər görüşündə "Real Madrid" evdə "Qalatasaray"ı 6 cavabsız qolla üstələyib. B qrupunda "Olimpiakos"u 2:0 yenən "Bavariya" və D qrupunda "Lokomotiv"i 1:2 məğlub edən "Yuventus" da qarşıdakı iki oyunun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksəliblər.

Fərid Mehdiyev