UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" birinci təsnifat mərhələsində Makedoniya "Sileks"i ilə qarşılaşıb
2020-08-19 10:09
UEFA Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" birinci təsnifat mərhələsində Makedoniya "Sileks"i ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. Fransanın "Pari Sen-Jermen" komandası isə Lissabonda keçirilən Çempionlar Liqasının yarımfinal oyununda Almaniya "Leypsiq"ini 3:0 hesabı ilə məğlub edib. PSJ-nin finaldakı rəqibi "Lion" (Fransa) - "Bavariya" matçının qalibi ilə oynayacaq.
Vüsalə Camal