UEFA Çempionlar liqasında ilk yarım finalçılar məlumdur
2021-04-14 10:09
Bu gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib. PSJ doğma meydanda “Bavariya”nı qəbul edib. Görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Ümumi hesabın 3:3 olmasına baxmayaraq, səfərdə vurulan qolların sayı hesabına parislilər mərhələ adlayan tərəf olublar. Günün digər matçında İngiltərə “Çelsi”si Portuqaliyanın “Portu” klubu ilə qarşılaşıb. Matç koronavirus pandemiyası səbəbindən İspaniyada keçirilib. “Zadəganlar” ilk oyunda 2:0 hesabıyla məğlub etdikləri rəqiblərinə bu dəfə minimal hesabla uduzublar. Ümumi hesabda rəqibini 2:1 üstələyən London təmsilçisi yarımfinala yüksəlib.
Vəfa Şairova