UEFA Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

2019-11-08 18:05

UEFA Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub. Bu ada IV turda “Real Madrid”in Türkiyə təmsilçisi “Qalatasaray”ı İspaniyada 6:0 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vuran Rodriqo layiq görülüb. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə rəqiblərini qabaqlayıb.

Vəfa Şairova