UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib
2020-10-23 17:01
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Qrup mərhələsinin birinci turunun oyunlarından sonra bu ada Almaniya "Bavariya"sının futbolçusu Kinqsli Koman layiq görülüb. 24 yaşlı vinger evdə İspaniya "Atletiko"sunu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
Vüsalə Camal