UEFA Çempionlar Liqasında 3-cü tura start verilib. İlk oyun günü 8 qarşılaşma baş tutub
2021-10-20 10:09
UEFA Çempionlar Liqasında 3-cü tura start verilib. İlk oyun günü 8 qarşılaşma baş tutub. Mançester siti səfərdə Brügeni darmadağın edib, 1:5. Beşiktaş da Belçika klubundan geri qalmayıb. Sportinqi qəbul edən "qara qartal" rəqibinə 1:4 hesabı ilə məğlub olub. Qrupun digər matçında Ayaks Borussiya Dortmundu qonaq gəlməyinə peşman edib, 4:0. PSJ doğma meydanda “Leyptsiq”i Messi ilə yıxıb. Görüş Parislilərin 3:2-lik qələbəsi ilə yekunlaşıb. Gəcənin digər qarşılaşmalarında isə bu nəticələr qeydə alınıb: Atletiko - Liverpul 2:3, Porto - Milan 1:0, İnter - Şerif 3:1, Şaxtyor - Real Madrid 0:5.
Nərgiz camal