UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki oyunu keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Qarşılaşmalardan biri İtaliyada, digəri Fransada gerçəkləşəcək. "Latsio" Almaniyanın "Bavariya" komandasını qəbul edəcək. PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi "Real Sosyedad"ı sınağa çəkəcək. Gecə saat 12-də başlayacaq qarşılaşma cütlərin cavab matçları martın 5-də reallaşacaq.
Fərid Mehdiyev