2021-03-17 10:10
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. “Mançester Siti” - “Borussiya Mönhenqladbax” ilə qarşılaşıb. İngilislər 2:0 hesabı ilə qalib gəliblər və 1/4 finala çıxıblar. Günün digər matçında "Real Madrid" İspaniyada “Atalanta”nı qəbul edib. Madridlilər cavab qarşılaşmasında da qarşı tərəfə heç bir şans verməyiblər - 3:1. Beləliklə, "Kral" klubu da növbəti mərhələyə adlayıb. 1/8 final mərhələsinin daha iki cavab oyunu bu gün keçiriləcək. "Bavariya" səfərdə 4:1 hesabıyla darmadağın etdiyi "Latsio"nu qəbul edəcək. "Çelsi" isə "Atletiko Madrid" səfərində əldə etdiyi minimal üstünlüyü evdə fürsətə çevirməyə çalışacaq. Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək. Futbol üzrə Türkiyə kubokunda ilk finalçı məlum olub. "Beşiktaş" öz meydanında "Başakşəhər"i qonaq edib. Böyük qarşıdurmaya səhnə olan görüşdə "Qara qartal" 3:2 qalib gələrək finala yüksəlib.
Fərid Mehdiyev