UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. İlk gündə iki oyun keçiriləcək. Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gələcəklər.
Digər qarşılaşma Londonda baş tutacaq “Arsenal” “Bavariya”nı qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da bşlayacaq.
Azad Mustafayev