UEFA Çempionlar Liqasında 1/4 finalın cavab matçlarına start veriləcək
2021-04-12 10:06
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. Bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq. Turnirin əsas favoritlərindən olan "Real Madrid" "Çelsi" klubunu qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Gecənin digər matçında Almaniya "Bavariya"sı evdə İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Hər iki matç Bakı vaxtı ilə saat 23-də başlayacaq.
Fərid Mehdiyev