Canlı
UEFA Çempionlar Liqasında “Qarabağ” ilk oyununa çıxacaq

2018-08-07 / 12:23

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start veriləcək. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da ilk oyununa çıxacaq. Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21-də başlayacaq. "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Ruhəngiz Hacızadə