UEFA Çempionlar Liqasında ötən gün 8 qarşılaşma oynanılıb
Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib. E, F, G və H qruplarında 8 oyun keçirilib. “Latsio” evdə “Seltik”dən güclü olub - 2:0. "Atletiko" Niderlandda “Feyenoord”u üstələyib - 1:3. Milan qayıtmaq bilmir ki, bilmir. Rassonerilər bu dəfə doğma arenada Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzublar. PSJ “Nyukasl”la ev oyununda 1 xalı son dəqiqə qolu ilə xilas edib - 1:1. “Mançester Siti” İngiltərədə 2:0 geriyə düşdüyü matçda “Leyptsiq”i 3:2 məğlub edib. “Yanq Boyz” “Srvena Zvezda”nı 2:0 yenib. “Şaxtyor” “Antverpen”ə minimal hesabla qalib gəlib. "Portu"nu qəbul edən “Barselona” rəqibini evə əliboş yola salıb - 2:1.
Emin İsazadə