UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb
2021-03-18 18:01
Futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri isə belədir. “Çelsi” - “Real Madrid”; “Mançester Siti” - “Atletiko Madrid”; “Vilyarreal” - “Bavariya”; “Benfika” - “Liverpul”. Bu mərhələnin ilk oyunları aprelin 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 26-27-də, cavab matçları mayın 3-4-də oynanılacaq. Final qarşılaşmasına isə mayın 28-də Parisdəki “Stad de Frans” ev sahibliyi edəcək.
Nərgiz camal