UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Qurban Qurbanov - "Qarabağ"ın baş məşqçisi:“Komandaların ümumi durumuna baxsaq, bu gün favorit Nyukasldir. Amma biz minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istərdik ki, həmin maraqlı nəticələrin sırasına daxil olaq. Çəkinmədən meydana çıxacağıq. Baxmayaraq ki, qarşımızda çox intizamlı kollektiv var. Mən çox istəkliyəm, komandam da bu oyunda qalib gəlmək üçün çox istəklidir. Ümumi nəticənin necə olacağını isə, təəssüf ki, deyə bilməyəcəyəm”.
Görüş bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. "Qalatasaray"ın baş məşqçisi Okan Buruk da dünən "Yuventus" üzərində parlaq qələbədən sonra "Qarabağ"a dəstək nümayiş etdirərək uğurlar arzulayıb. Biz də doğma "Qarabağ"a uğurlar arzularıyıq!

18 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik