Ucarda qəza ölümlə nəticələnib
2020-04-22 16:08
Ucarın Qarabörk kəndi ərazisində qəza baş verib. "VAZ-21011" markalı avtomobil velosipedlə hərəkətdə olan kənd sakini, 64 yaşlı İkram Quliyevi vurub. Yaralı ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal