Ucarda nisyə dönər ala bilməyən şəxs dönərçini bıçaqladı
Ucar rayonunda fəaliyyət göstərən dönərxanalardan birində bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, Rüfət Əliyev həmyerlisi Əli İmanova ona nisyə dönər vermədiyi üçün bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.