Ucarda dəhşətli qətl hadisəsi baş verib
2021-04-15 12:08
Aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 36 yaşlı Kərimova Validə Məzahir qızı bıçaqlanaraq öldürülüb. Aparılan araşdırmalarla qadını əri, Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürdüyü məlum olub. Qatil saxlanılıb.
Nərgiz Camal