Canlı
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

2018-11-09 / 10:00

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik maşını velosipeddə olan rayon sakini Xalid Abdullayevi vurub. Nəticədə velosipedçi yerindəcə keçinib.Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova