Ucarda avtobus piyadanı vuraraq öldürüb
2020-02-22 12:04
Bakı-Qazax yolunun Ucarın "Dördyol" adlanan ərazisindən keçən hissəsində "İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 47 yaşlı Ehtiram Novruzəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camal