U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib. Yığmanın martdakı qarşılaşmaları "Azərsun Arena"da baş tutacaq. U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.
Matçların saatı hələlik bəlli deyil.
Fərid Mehdiyev