Uşaqların I sinfə qəbulu prosesi başlayır
Mayın 6-dan 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada aparılacaq və ölkənin bütün şəhər və rayonlarını əhatə edəcək.Bu il Azərbaycan bölməsi üzrə təxminən 81 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilir. Birinci sinfə qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
30 aprel 2026

