Uşaq Somatik sanatoriyasının baş həkiminə cinayət işi açılıb
2021-06-10 16:05
1 nömrəli uşaq Somatik sanatoriyasının baş həkimi Dilay İslamova və baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Şəxslərin sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarından 32 min 700 manat pulu mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Nərgiz camal