"Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni qanun qüvvəyə minib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.Yeni qanun 8 fəsil və 63 maddədən ibarətdir və uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm yenilikləri ehtiva edir.Sənəddə ilk dəfə olaraq uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizm kimi təsbit olunub, zorakılığın bütün formaları ayrıca təsnif edilib.Qanuna əsasən, zorakılıq halları aşkarlandıqda müəllimlər və digər məsul şəxslər məlumat verməyə borcludur, zərərçəkmiş uşaqların reabilitasiyası isə dövlətin öhdəliyi kimi müəyyən edilib.Bundan əlavə, erkən evlilik hüquqi məsuliyyət yaradan anlayış kimi tanınıb, uşaqların məhkəmə və inzibati proseslərdə iştirakı hüquqi şəkildə təmin olunub.
15 aprel 2026

