Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olan bağçanın direktoru işdən çıxarılıb
Bakının 98 saylı uşaq bağçasının müdiri işdən azad edilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, aparılan araşdırma zamanı bağçada təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunması ilə bağlı nöqsanlar aşkarlanıb. Buna görə müdirlə bağlanmış əmək müqaviləsinə xitam verilib.Bağçaya gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı yayılan iddialar üzrə araşdırma davam edir. Xatırladaq ki, azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub.
07 oktyabr 2026

