UÇL: qrup mərhələsində V tura yekun vurulur
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun növbəti oyunları keçiriləcək. Yerli azarkeşləri də yaxından maraqlandıran matçda Qalatasaray İstanbulda Mançester Yunaytedi qonaq edəcək. Görüş saat 21.45-də başlayacaq. Eyni saatda start götürəcək digər matçda Sevilya PSV-nin müqavimətini qırmağa çalışacaq. Gecənin qalan oyunları saat 12-də başlayacaq. Bayern Allianz Arenada Kopenhaqenlə qarşılaşacaq. Arsenal Lansı, Real Madrid Napolini qəbul edəcək. Union Berlin Braqa, İnter Benfika səfərinə yollanacaq. Real Sosiedad doğma meydanda Salzburqun müqavimətini qırmağa çalışacaq.
Emin İsazadə