UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turuna yekun vurulub. Ötən gün A, B, C və D qrupları çərçivəsində 8 qarşılaşma baş tutub. A qrupunda Türkiyə çempionu “Qalatasaray” doğma meydanda İngiltərə nəhəngi “Mançester Yunayted”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib - 3:3. Bu qrupun digər oyununda da heç-heçə qeydə alınıb. “Bayern” – “Kopenhagen” matçında qapılara qol vurulmayıb. “Sevilya” evə PSV-yə 2:3 hesabı ilə yenilib. "Arsenal” İngiltərədə Fransa “Lans”ını darmadağın edib - 6:0. "Braqa” – “Union Berlin” oyunu 1:1 hesabı ilə başa çatıb. 6 qolun vurulduğu “Real – “Napoli” matçı 4:2 kral klubunun xeyrinə yekunlaşıb. “Real Sosyedad” – “Zalsburq” görüşündə hesab açılmayıb. Və nəhayət gecənin ən maraqlı qarşılaşmalarından birində “Benfika”3:0 önə keçməsinə baxmayaraq “İnter”lə evdə 3:3 bərabərə qalıb. Günün oyunlarından sonra B qrupunda “Arsenal” və PSV 1/8 finala vəsiqə qazanıblar.
Emin İsazadə