Tərtərdə bədii gimnastika üzrə XXIX Azərbaycan birinciliyi başlayıb
Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə XXIX Azərbaycan birinciliyinə start verilib. İki gün davam edəcək yarışda müxtəlif idman klublarından 130 idmançı gücünü sınayır.
Gimnastlar fərdi hərəkətlərdə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çıxış edəcəklər. Qrup hərəkətləri üzrə isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə gedəcək.
Zülfiyyə Telmanqızı