Tərtər və Zərdabda yanğınlar olub
Tərtərin Mamırlı kəndində yanğın baş verib. FHN əməkdaşları açıq ərazidə yaranan alovu qısa müddətdə söndürüblər. 2,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı məktəb binası və ağaclar mühafizə olunub.
Zərdabın Məlikli kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı ev yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vüsalə Cənnətova