Tərtər və Laçında ermənilərin qoyub qaçdığı xeyli silah-sursat tapılıb
Tərtərın Talış kəndində tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçının Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilib. Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən silah-sursat aidiyyatı üzrə təhvil verilib.
Nərgiz Camalzadə