Təkrar əlillik təyin edilmiş şəxslər sosial ödənişlərlə təmin edilib
Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,4 mln. manat vəsait ödənilib.
Fərid Mehdiyev