TƏBİB koronaviruslu xəstələrdən pul alınması məsələsi ilə bağlı vətəndaşlara müraciət etdi

2020-12-07 16:02

"Pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada müayinə və müalicə prosesi dövlət hesabına həyata keçirilir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində 20 000-dək test dövlət hesabına aparılır". Bu barədə TƏBİB-in məlumatında bildirilir. TƏBİB media nümayəndələrindən və vətəndaşlardan koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxslərin qanunla cəzalandırılmasında yaxından iştirak etməyi xahiş edir. Müraciət edənlərin konfidensiallığı qorunacaq, faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Qeyd edilən hallarla bağlı info@tabib.gov.az ünvanına müraciət etməklə, yaxud +99451513 15 42 telefonuna zəng etməklə məlumat vermək olar.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik