Türkiyəyə plastik məmulatlar aparan avtomobildə kristal halında metamfetamin aşkar edilib
Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyəyə plastik məmulatlar aparan “Mercedes-Benz” markalı avtomobilə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilib. Nəqliyyat vasitəsindən ümumi çəkisi 79 kq 100 qram olan kristal halında metamfetamin aşkar edilib.