Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır
“Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı parlaq çıxışı Avropa klublarının diqqətini çəkib. Türkiyə mətbuatının xəbərinə görə indi də “Beşiktaş” xüsusi fəallığı ilə seçilir. İstanbul təmsilçisinin idman direktoru Samet Aybabanın Ağdam klubundan braziliyalı hücumçu Juninyo və fransalı yarımmüdafiəçi Abdullah Zubir rəhbərliyə təqdim etdiyi oyunçudur. Onun bəyəndiyi digər sima isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub. Azərbaycan çempionunun “Bayer”lə oyunlarda kompakt oyun sərgilməsi Aybabanı heyran edib. O, uzun müddətdir baş məşqçi seçimində yanılan səhbərliyə məhz Qurbanovu məsləhət görməyi düşünür.
Fərid Mehdiyev