Türkiyənin vitse-prezidenti: “Azərbaycanda Milli Məclisə keçirilən seçkilər regionda sülh və sabitliyə töhfə verəcək”
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Prezident İlham Əliyevi sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı təbrik edib. “Milli Məclisə seçkilərdə qalib gələn Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Seçkilərin 30 ildə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində, o cümlədən Qarabağda keçirilməsi faktı sevindirici haldır. Ümid edirəm ki, Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək”, - deyə siyasətçi paylaşımında bildirib.
Vüsalə Cənnətova