Türkiyənin Bursa vilayətində IV Dünya Köçəri Oyunları başa çatıb
Azərbaycan bu oyunlarda geniş tərkibli idmançı kontingenti və ölkəmizin tarixini və mədəniyyətini tərənnüm edən çadırlarla təmsil olunub. Dörd gün ərzində 13 idman növü üzrə 102 ölkədən 3 mindən yuxarı idmançı çempionluq uğrunda mübarizə aparıb.