Türkiyəli tələbə həmyerlisi tərəfindən bıçaqlanıb
Gəncədə türkiyəli tələbə həmyerlisi tərəfindən başından bıçaqlanıb. Hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qeydə alınıb. Bayer Kaan aralarında yaranan şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseynin başına bıçaq ilə vurub. Tələbəyə xəstəxanada yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev