Türkiyədəki zəlzələdə həlak olan tələbənin nəşi Gəncəyə gətirilib
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib. Cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb. Dünyasını dəyişən tələbələrdən Samir Quliyev Gədəbəyin İnəkboğan kəndindən, 22 yaşlı Şahin Vəliyev isə Gəncədəndir. Şahin Vəliyevin cənasəsi Gəncədə yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. 21 yaşlı tələbənin günorta saatlarında Gəncədə dəfn edilməsi gözlənilir.
Nərgiz Camalzadə