Türkiyədə zəlzələdən ölənlərin sayı 3 mini ötüb
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb. 338 min nəfər yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib. Dağıntılar altından ümumilikdə 7 840 nəfər çıxarılıb. 13 milyon 500 min vətəndaş zəlzələnin təsirinə məruz qalıb.
Zəlzələ nəticəsində İskenderun limanında aşmış konteynerlərdəki yanğın davam edir. Hazırda alovun söndürülməsi üçün tədbirlər görülür.
65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgəsində aparılan işlərə kömək edir.
Azərbaycandan olan tələbələrlə də əlaqə saxlanır, onlardan bəzilərinin müraciətlərinə baxılıb, ehtiyacları qarşılanıb. Kahramanmaraşdakı zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür.
Nərgiz Camalzadə