Türkiyədə zəlzələdə ölənlərin sayı 44 218 nəfərə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb.
Sivas, Malatya və Bingöl şəhərlərində daha bir zəlzələ olub. Yeraltı təkanlar müvafiq olaraq, 4.7 və 4.4 bal gücündə qeydə alınıb.
Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı zamanı müzakirə olunub. Nazirlər yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələlərini, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Vüsalə Cənnətova