Türkiyədə zəlzələdə ölənlərin sayı 31 643-ə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643-ə çatıb, 80 278 nəfər yaralı var. Zəlzələ bölgəsində hazırda 233 320 nəfərlik heyət çalışır. Malatya şəhərində zəlzələ zamanı uçan binalarla bağlı 31 nəfər saxlanılıb. Bir neçə gün əvvəl Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı isə 41 nəfər saxlanılmışdı.
Nərgiz Camalzadə