Türkiyədə zəlzələdə ölənlərin sayı 29 605-ə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605-ə çatıb, 80 278 nəfər yaralı var.
Zəlzələ zamanı uçan evlərin tikintisi ilə məşğul olan 131 şirkətin işçisi saxlanılıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəlzələ nəticəsində zədələnmiş uçuş-enmə zolağının bərpasından sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Suriyada isə zəlzələ nəticəsində ölənlərin sayı 8 min 500-ə çatıb.
Nərgiz Camalzadə